“Hər şey dəyişilir, heç
nə məhv olmur”
Klassik xalça sənəti yeni interpretasiyada
Romada “Montoro
12 Contemporary Art” qalereyasının və "YAY!" Müasir İncəsənət Qalereyasının birgə
təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin fərdi sərgisi açılıb.
“Omnıa mutantur,
nıhıl interıt”
(“Hər şey dəyişilir, heç nə məhv olmur”) adlı sərgidə rəssam ənənəvi Azərbaycan
xalılarının dizaynının
müasir incəsənət
əsərlərinə çevrildiyi
yeni “xalça işləri” silsiləsini
nümayiş etdirir. Bu silsilədə xalçaların
bir hissəsində ənənəvi rəng çalarlarından, digər
hissədə isə innovativ yanaşmalardan istifadə olunub. Sərgi italiyalı incəsənət
sevərlər tərəfindən
böyük maraqla qarşılanıb.
Faiq Əhməd
bu sərginin təşkili ideyasının
“Montoro 12 Contemporary Art” qalereyası
tərəfindən irəli
sürüldüyünü deyib. Vurğulayıb ki, incəsənətin
önəmli mərkəzlərindən
hesab olunan İtaliyada belə bir sərginin açılması əlamətdar
hadisədir. İtaliyalı incəsənət həvəskarlarının
bu sərgi haqqında fikirlərini böyük həyəcanla
gözlədiyini qeyd edən rəssam gələcəkdə bu ölkədə daha irimiqyaslı tədbirlərin
keçirilməsinin nəzərdə
tutulduğunu diqqətə
çatdırıb. Qeyd edək
ki, Faiq Əhmədin əsərləri
indiyədək Nyu-York,
Paris, London, Berlin, Dubay, Moskva
və Honkonqda sərgilənib.
Mədəniyyət.- 2015.- 18 mart.- S.
12.