Təbrizin Novruz sovqatı

 

Xalqın soy-kökü, milli-mənəvi dəyərləri, həyat fəlsəfəsi, təbiətlə münasibəti mənasında Novruz ən unikal xalq bayramıdır. Bu bayram o taylı - bu taylı yurdumuzun hər yerində böyük təmtəraqla qeyd olunub, Azərbaycan xalqının məişət və mədəniyyətində tarix boyu önəmli yer tutub.

 

AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlhamə Məmmədova Təbriz şəhərinin Novruz ritualları barədə fikirlərini bizimlə bölüşdü. Həmsöhbətim Cənubi Azərbaycanda sonuncu çərşənbədə Novruzun müjdəçisi adlandırılan yelin əhalini sevindirdiyini deyir: “Bayram günlərində gözə görünən ilk bülbülə baharın muştuluqçusu kimi baxar, onu “çıx yaza” adlandırardılar. Təbrizdə ilaxır çərşənbədə qız-gəlinlər arzu-dilək tutub Ərk meydanına toplaşar, burada nəzir paylayardılar. Hər çərşənbə damlarda, həyətlərdə tonqallar qalanar, havaya tüfəng, yaxud fişəng atardılar. Bununla da deyərdilər ki, “çillə qovuruq”, tüfəng səsi qəlblərdən qəm-kədəri uzaqlaşdırır. İnama görə, ruhlar öz övladlarını görməyə gəlir və gün doğanadək evlərin bacasında oturur. Övladının dolanışığını yaxşı gördükdə o da şadlanır”.

Novruz bayramının simvollarından biripapaqya şal atmaqdır: “İlaxır çərşənbədə şam yeməyindən sonra gənclər və uşaqlar bayram payı almaq məqsədilə öz məhəllələrində qohum-qonşularının evlərinin baca və pəncərəsindən papaq, şalya rəngli kağızlardan düzəldilən kəcavə sallayar və gizlənərdilər. Ev sahibi bunu görcək, içərisinə Novruz ərməğanları - şirniyyat, boyanmış yumurtalar, xüşkəbar və meyvələr, corab qoyurdu. Uşaqlar bu təamları evlərinə gətirir, Novruz süfrəsinə əlavə edirdilər. Həmin gün gənc qızlar, sonsuz qadınlar arzu tutaraq qulaq falı üçün məhəllənin sanballı adamlarının qapısına gedirdi. Hələ ili çıxmayan mərhumlar yad edilər, qohum-qonşu başsağlığı üçün əvvəl onların öz evinə, sonra isə ən yaxın adamlarının yanına qara bayrama toplaşardılar”.

İ.Məmmədova qeyd edir ki, bayrama iki həftə qalmış şam yeməyi ərəfəsində nişanlı qızlar üçün xonça aparılması kimi bir adət varbunu el arasında “bayram payı” adlandırırlar. Bayramdan bir neçə gün əvvəl ailəliklə bazarlıq edər, təzə paltar, ayaqqabı, “novruzi” adlı papaq, aynadaraq alardılar. Novruz tədbirlərindən biri də səməni qoymaondan səməni horrası və halvasının bişirilməsi mərasimi idi. Səməni bişirmək mərasimi Təbriz, Urmiya, Marağa və digər şəhərlərdə da təmtəraqla keçirilirdi.

Təbrizdə bayram süfrəsinin yuxarı başına Quran və aynanın qoyulması, onların şamlarla əhatə olunması ənənəsi var: “Bayram günü müxtəlif şirniyyatlar, çərəzlər, xurma, şərbət və meyvələr süfrəyə düzülərdi. Bunlardan əlavə, orada büllur qabda suda üzən xırda qırmızı balıqlar da qoyular, il təhvil olan zaman onlar arxası üstə çevrilərdi. Süfrəyə mütləq “s” hərfi ilə başlayan yeddi növ qida: səməni, səbzi, sirkə, sumaq, sikkə, sib (alma), senced (iydə) qoyulmalı idi. Bəzi mənbələrə görə, islamdan əvvəl ilin axır çərşənbəsi və Novruz süfrələrinə düzülənlər “s” hərfi ilə yox, “ş” hərfi ilə başlayırmış və süfrəyə mütləq şərab da qoyulurmuş. “Yeddi şin” süfrəsi şam, şirni, şəhd (bal), şümşad, şərbət, şəqayiq (gül), şaxe nabatdan ibarət idi. İslam dini şərabı haram buyurduğundanyeddi şin” “yeddi sin” olmuşdur. Mifik təfəkkürdə sarımsaq sağlamlığın, səbzi bahar yaşıllığının, səməni məhsuldarlığın, sumaq ruzi-bərəkətin, sikkə var-dövlətin, alma sevgi səadətin, iydə doğum sevincin rəmzi sayılırdı. Bu qida əşyaların süfrədə olması onların ruhunun insana keçəcəyinə güclü inamın varlığı ilə əlaqədar idi”.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 18 mart.- S. 10.