Mədəni turizm üçün
zəngin imkan
Novruz bayramının turizm məhsulu kimi tanıdılması çox
vacibdir
Getdikləri ölkənin mədəniyyət,
adət-ənənələri, milli bayramları ilə tanış
olmaq mədəni turizm həvəskarlarını
maraqlandıran ən başlıca xüsusiyyətdir.
Turizmin bu növünün milyonlarla həvəskarı
dünyanın müxtəlif
ölkələrinə səyahət
edir.
Azərbaycan da zəngin mədəni irsi, etnoqrafiyası, folkloru ilə hər zaman əcnəbi qonaqların diqqətini çəkir. Bu zənginliyi
özündə yaşadan
ən böyük bayramımız isə Novruzdur.
Dünyanın müxtəlif ölkələrində
milli bayramların geniş şəkildə,
xüsusi təmtəraqla
qeyd olunması turizm baxımından da böyük önəm kəsb edir. Novruz da koloritinə
görə dünyada
kütləvi şəkildə
qeyd olunan milli bayramlardandır.
Xüsusilə 2009-cu ildə
bu bayramın UNESCO-nun
qeyri-maddi mədəni
irs siyahısına
daxil edilməsi,
2010-cu ildə BMT-nin
21 martı Beynəlxalq
Novruz Günü elan etməsi onun beynəlxalq səviyyədə təbliğinə
geniş zəmin yaradıb.
Qeyd edək
ki, yaz fəslinin
gəlişi, təbiətin
qışın soyuğundan,
qar-boranından sonra canlanması bir çox xalqlar tərəfindən xüsusi
ayinlərlə qeyd edilir. Rusiyada, Hindistanda,
Çində, Yaponiyada
və digər ölkələrdə yaz
bayramları var. Bu bayramlarla
bağlı həmin ölkələrə milyonlarla
turist gəlir. Novruz bayramının da turizm məhsulu kimi geniş imkanları var və bundan lazımınca yararlanmaq lazımdır.
AMEA-nın Folklor İnstitutunun direktoru Muxtar İmanovun fikrincə, təkcə Novruz bayramını deyil, ümumilikdə zəngin folklorumuzun turizm məhsulu kimi geniş təqdimatına ehtiyac var: “Novruz bayramı
ilə bağlı hər il möhtəşəm
tədbirlər keçiririk.
Bu tədbirlərdə aşıq
sənətimiz, meydan
teatrı və s. kimi xalq sənəti
nümunələri nümayiş
etdirilir və turistlər buna xüsusi maraq göstərir. Çox yaxşı olardı
ki, biz belə tədbirləri mütəmadi
olaraq keçirək.
Məsələn, təkcə
Novruzda deyil, başqa bir vaxtda Azərbaycana gələn turistə bir xalq tamaşasından,
tutaq ki, elə «Kosa-kosa» oyunundan səhnə göstərsək, onun üçün maraqlı
olmazmı? Təbii ki, olar.
Beləliklə, Novruz bayramını
da daha geniş
tanıtmış olarıq.
Bundan əlavə, müxtəlif
bölgələrimizdə Novruz fərqli qeyd edilir. Bu müxtəlifliyi nəzərə alıb bu bayramı həm yerli turistlərimizə, həm
də əcnəbi qonaqlara daha dolğun formada nümayiş etdirməliyik”.
Milli Məclisin
Mədəniyyət komitəsinin
sədri Nizami Cəfərov deyir ki, Novruz bayramı
Azərbaycanda bir qayda olaraq evlərdə
qeyd olunur. Bu bayram
hələ ki elə geniş ictimai miqyas almayıb: «Amma hesab edirəm ki, ala bilər. Son vaxtlar bu istiqamətdə müvafiq
qurumlar tərəfindən
müəyyən tədbirlər
reallaşdırılır. Novruz bayramı günlərində
xüsusilə İrandan
çoxsaylı turistlər
də gəlir. Amma bu işi daha
geniş miqyasda təşkil etmək olar. Turistlərin Novruz tədbirlərində
iştirakı təmin
olunmalıdır, əvvəlcədən
bu tədbirlər haqqında məlumatlar verilməlidir və turist də bilməlidir ki, hansı mərasimlərdə
iştirak edəcək,
səfər proqramı
necə olacaq və s. Fikrimcə, bunun üçün də ayrı-ayrı iş adamlarının, turizm qurumlarının təşəbbüskarlığı lazımdır. Novruzla bağlı xüsusi
turproqramlar hazırlanıb
lazımi səviyyədə
təbliğ olunsa, düşünürəm ki,
nəinki qonşu ölkələrdən, Avropadan
da çoxsaylı turistləri cəlb etmək mümkün olar».
Millət vəkilinin sözlərinə
görə, Novruz böyük tarixi olan bir bayramdır
və türk dünyasında da müxtəlif formalarda qeyd olunur. Deməli,
onun dünyada yayılması və tanınması üçün
potensial da var: «Novruzun tarixdən gələn xüsusiyyətlərini dərindən
mənimsəmək, onları
təbliğ etmək
lazımdır. Bayramın hazırlıq
müddəti də təxminən bir ay çəkir. Ona görə
də turistlərin gəlməsi, mərasimlərdə
iştirakı, ayrı-ayrı
bölgələri gəzməsi
üçün kifayət
qədər vaxt var. Mən əminəm ki, yaxın illərdə Novruz bayramını istədiyimiz
səviyyədə tanıtmağa
nail olacağıq».
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov bildirdi ki, Novruz
bayramının maraqlı
bir turizm məhsuluna çevrilməsi
və turistlərin cəlb edilməsi məqsədilə həm
nazirlik, həm də turizm şirkətləri tərəfindən
müəyyən işlər
görülür. Hər
il ölkə
rəhbərliyinin də
iştirakı ilə
Bakıda bu bayram çox təntənəli şəkildə
qeyd olunur, eyni zamanda bölgələrdə
də bayramın özünəməxsus çalarları
var: “Novruz bayramı mərasimlərini
həm xarici turistlər üçün,
həm də yerli səyahət həvəskarları üçün
cəlbedici turizm məhsulu kimi təqdim etmək üçün layihələr
həyata keçirilir.
Məsələn, Qazaxda Novruz
bayramı çox maraqlı bir formada qeyd olunur.
Ağsuda ötən il turizm
şirkətləri tərəfindən
təşkil edilən
«Tərəkəmə Novruzu»
festivalı kimi tədbirləri ənənəvi
şəkildə hər
il reallaşdırmağı
planlaşdırırıq. Novruz bayramında müxtəlif
el adətləri, ənənələrimiz,
mətbəx, folklor nümunələrimiz öz
əksini tapıb.
Bunların qorunub saxlanılması,
Azərbaycan xalqına
mənsub olmasının
təbliği üçün
də Novruz bayramını turizm məhsulu kimi tanıtmaq, bunu davamlı şəkildə
təşviq etmək
çox vacibdir».
F.Abdullayeva
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 7.