Sumqayıtda
müəllimlərin sınaq qiymətləndirilməsi keçirilib
Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri müəllimlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə Nazirliyin müvafiq əmrinə uyğun olaraq müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi (test üsulu ilə) keçirilir.
Martın 15-də Sumqayıtda
keçirilən sınaq qiymətləndirilməsində
Sumqayıt şəhər, Abşeron,
Xızı rayon uşaq
musiqi və incəsənət məktəblərinin,
habelə şəhərdə və Abşeron
rayonunda fəaliyyət göstərən
Cəbrayıl, Qubadlı, Laçın rayon
uşaq musiqi məktəblərinin
(17 məktəb) 20 ixtisas üzrə 1300-ə
yaxın müəllimi iştirak edib.
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 4.