Qaçqınlar
və məcburi köçkünlər üçün
bayram konserti
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda bayram konsertləri keçirilib. Martın 13-də bu silsilədən növbəti konsertlər Hacıqabul rayonunda və Şirvan şəhərində təşkil olunub.
Tədbirin aparıcıları - Əməkdar artist Azad Şükürov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zülfiyyə Eldarqızı qaçqın və məcburi köçkünləri Novruz bayramı münasibətilə təbrik edib, onlara gələcəkdə belə bayramları öz doğma yurd-yuvalarında keçirməyi arzulayıblar.
Bayram konsertində çıxış edən Xalq artisti, Prezident
təqaüdçüsü Canəli Əkbərov, Xalq artisti Simarə İmanova, Əməkdar artist
Zakir Əliyev, aşıq Solmaz
Kosayeva, müğənni Günay
Bəylərqızı, rəqqasə Cəmilə Bayramova, eləcə də Altay
Niftəliyev (tar), Anar
Bağırov (kamança) və Arzu Məsimovadan (nağara)
ibarət instrumental üçlüyün
çıxışları alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2015.- 18 mart.-
S. 4.