“Bir-birimizi duyaq və dinləyək”
Azərbaycan-Moldova mədəni əlaqələri
müzakirə olunub
Moldovanın paytaxtı Kişineu şəhərində UNESCO üzrə
Azərbaycan Respublikası
Milli Komissiyasının
birinci katibi Günay Əfəndiyeva ilə Moldovanın mədəniyyət və
turizm naziri Monika Babuk arasında görüş keçirilib. Görüş iki ölkənin UNESCO üzrə milli komissiyaları tərəfindən
həyata keçirilən
“Bir-birimizi duyaq və dinləyək” layihəsi çərçivəsində
reallaşıb. Layihə çərçivəsində
“Azərbaycan nağılları
moldovalı uşaqların
gözü ilə” kitabı çap olunub.
Görüşdə Azərbaycan ilə Moldova arasındakı mövcud əlaqələrin inkişafı,
xüsusilə də mədəniyyət sahəsində
əməkdaşlıq məsələləri
müzakirə edilib.
Nazir M.Babuk layihəyə dəstək
verdiyi üçün
Azərbaycan tərəfinə
təşəkkür edib,
ötən illərdə
iki ölkədə qarşılıqlı mədəniyyət
günlərinin təşkil
olunmasını yüksək
qiymətləndirib. Nazir bu ilin mayında Bakıda keçiriləcək
Dünya Mədəniyyətlərarası
Dialoq Forumunda məmnuniyyətlə iştirak
edəcəyini deyib.
Günay Əfəndiyeva ölkəmizin
müxtəlif sahələrdə
inkişafından, Prezident
İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda həyata
keçirilən bir sıra irimiqyaslı beynəlxalq layihələrdən
söz açıb. Görüşdə
Azərbaycanın Moldovadakı səfiri Namiq
Əliyev iştirak edib.
Mədəniyyət.- 2015.- 16 mart.-
S. 3.