Şimal bölgəmizin teatr
həyatı
Qusar Dövlət Ləzgi Dram Teatrında Milli Teatr Günü ilə bağlı tədbir keçirilib. Teatrın direktoru Faiq Qardaşov sənət ocağının yaradıcılıq fəaliyyətindən söz açıb, indiyədək 100-dək əsərin səhnələşdirildiyini bildirib. Qeyd olunub ki, son illər hazırlanan tamaşalarda bədii tərtibatdan məharətli aktyor oyununadək hər bir nüansın müasir tamaşaçı və teatr tələblərinə uyğunlaşdırılıb, teatr qusarlıların sevimli məkanına çevrilib. Direktor teatrın 30 illik yubileyi münasibətilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını səhnələşdirdiklərini deyib, teatrsevərləri aprelin 3-də tamaşaya baxmağa dəvət edib.
Bu arada
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz
rayonunun teatr kollektivinə
“Xalq teatrı” statusu verilib. Bu, 1966-cı ildən
fəaliyyət göstərən kollektiv
üçün Milli
Teatr Günü
münasibətilə əsl hədiyyə olub.
Kollektivin fəal üzvləri fəxri fərmanlara
layiq görülüb.
Teatr növbəti aydan
geniş heyətlə yeni
tamaşanın hazırlanmasını planlaşdırıb. Tamaşalara paytaxtdan
peşəkar aktyorların cəlb olunması da
nəzərdə tutulub.
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 11.