Turizm Menecment Universiteti Auditorlar Palatası ilə əməkdaşlıq edəcək

 

Martın 17-də Azərbaycan Turizm Menecment Universiteti (ATMU) ilə Auditorlar Palatası arasında əməkdaşlığa dair saziş imzalanıb. Həmçinin universitetdə «Azərbaycanda audit fəaliyyəti bu sahədə kadr hazırlığına tələblər» mövzusunda birgə seminar keçirilib.

 

Tədbirdə çıxış edən ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, iki qurum arasında sazişin məqsədi Azərbaycanda maliyyə, mühasibat uçotu, audit turizm sahəsində dünyanın qabaqcıl ölkələrinin təcrübəsini ümumiləşdirmək, daha peşəkar mütəxəssislər yetişdirməkdir. Bu sənəd kadr hazırlığı, təlim tədris prosesinin təşkilini, elmi tədqiqat işlərinin aparılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini əhatə edir. ATMU-nun tələbələrinin Auditorlar Palatası ona üzv təşkilatlarda sahə təcrübəsi keçmələri üçün şəraitin yaradılması, tələbə müəllimlərin qurum tərəfindən təşkil olunan təlim seminarlarda iştirakı digər məsələlər barədə razılıq əldə edilib.

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov da sazişin əhəmiyyətindən danışıb. Bildirib ki, sənəd universitetin «Karyera mərkəzi»nin, maliyyə, mühasibat uçotu audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji yardım digər sahələrdə əməkdaşlığa zəmin yaradacaq.

Tədbirdə iqtisad elmləri namizədi Mais Köçərlinin «Problemə giriş», iqtisad elmləri namizədi, dosent Ənvər Salahovun «Azərbaycan Turizm Menecment Universitetində audit fəaliyyəti üzrə mütəxəssis hazırlığının istiqamətləri», Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbovun «Turizm sektorunda hesabatlıq audit maliyyə şəffaflığının təminatçısıdır» adlı məruzələri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonra ATMU rektoru C.Cəfərov Auditorlar Palatasının sədri V.Novruzov əməkdaşlığa dair sazişi imzalayıblar.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 7.