ATMU-da beynəlxalq miqrasiya
mövzusunda təlim
Martın 17-də Azərbaycan Turizm
və Menecment Universitetində "Dünya Sosial İş Günü"nə həsr olunan tədbir keçirilib.
Tədbir çərçivəsində Beynəlxalq
Miqrasiya Təşkilatının Azərbaycandakı
nümayəndəliyinin rəsmisi Sərhan Aktoprak
tərəfindən universitetin sosial iş ixtisası
üzrə təhsil alan tələbələrinə
"İnsan alveri və
beynəlxalq miqrasiya" mövzusunda
xüsusi təlim keçib.
Sonda Beynəlxalq Miqrasiya
Təşkilatı və Qızıl Aypara
Cəmiyyətinin nümayəndələri tələbələrə
buklet, kitabça və
videomateriallar təqdim ediblər.
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 4.