Novruz milli irsimizin təcəssümüdür
Mədəniyyət və turizm naziri Novruz bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib
Mədəniyyət
və turizm naziri
Əbülfəs Qarayev Novruz
bayramı münasibətilə mədəniyyət və turizm sahəsində çalışan
insanları təbrik edib.
Təbrikdə minillik humanist dəyərlərimizin, adət-ənənələrimizin təcəssümü olan Novruzun insanları birliyə, bərabərliyə səslədiyi qeyd olunur. Bildirilir ki, fəlsəfəsində insan və təbiət münasibətlərinin dayanması, mütərəqqi keyfiyyətləri özündə ehtiva etməsi Novruzu əziz bayrama çevirmişdir.
Təbrikdə yüksək inkişaf yolunda olan, müasir dünyaya inteqrasiya edən ölkəmizdə milli-mənəvi dəyərlərə hər zaman böyük diqqət və qayğı göstərildiyi vurğulanır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində ulularımızdan bizə əmanət qalan mənəvi dəyərlər möhkəm qorunur, təbliğ olunur, Novruz bayramı da ildən-ilə daha təntənə ilə qeyd edilir. Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir".
Təbrik məktubunun sonunda
nazir Əbülfəs Qarayev
mədəniyyət və turizm ictimaiyyətinə
Novruz bayramı münasibətilə
möhkəm cansağlığı, uzun
ömür, ailə xoşbəxtliyi və
yeni-yeni nailiyyətlər arzulayıb.
Mədəniyyət.- 2015.- 20 mart.-
S. 2.