Tarix-mədəniyyət qoruqlarında bayram şənlikləri

 

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biriNovruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranmayaşam sirlərini, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat deməkdir. Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəkləyir, günəşin istisi artır və yeni həyat başlayır. Novruz bayramını qeyd etmək yenilənən ili - baharın ilk gününü qarşılamaq deməkdir.

Hər il olduğu kimi, bu il də tarix-mədəniyyət qoruqlarımızda Novruz münasibətilə bayram şənlikləri, təntənəli mərasimlər keçirilib.

Paytaxtın Suraxanı rayonundakı "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan mərasim rəngarəng musiqi və rəqslərlə yadda qalıb.

Quba rayonunun Xınalıq kəndində Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda keçirilən Novruz şənliyində də rayonun musiqi məktəbləri şagirdlərinin məharətlə ifa etdikləri rəqslər, səslənən gözəl nəğmələr hamıda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Bahar bayramı münasibətilə Ağstafa rayonu ərazisindəki Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunda təşkil olunan mərasim də iştirakçılara xoş ovqat bəxş edib.

 

Mədəniyyət.- 2015.- 20 mart.- S. 2.