Ankarada
Tatarıstan rüzgarıAnkarada Tatarıstan rüzgarı
Aprelin 29-da TÜRKSOY-un Tatarıstan Respublikası, Ankara Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Ankaradakı ATO konqres zalında “Rəqs və musiqilərlə Tatarıstan” adlı möhtəşəm konsert proqramı keçirilib.
Konsertdən öncə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə foto və əl sənətləri sərgisinin açılışı olub.
Ənənəvi musiqidən klassik musiqiyə, xalq rəqslərindən müasir rəqslərədək ifaların yer aldığı konserti 3 min tamaşaçı izləyib.
Tatarıstan Dövlət Simfonik Orkestri,
Tatarıstan Dövlət Folklor Musiqi Ansamblı, Kazan Rəqs
Qrupu, Tatarıstanın tanınmış opera sənətkarları
Rigina Valiyeva, Gülnarə Rəhimova, Ruzi Gatin, İlham
Valyiev, Rusiya Federasiyasında gerçəkləşən “Gənc
səslər” müsabiqəsinin qalibi Səidə Məhəmmədzenova
və virtuoz akkordeonçu Almaz Əhmədzanovun
çıxışları gecəyə rəng qatıb.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 16.