“Əsrlərdən gələn səs”

Aprelin 27-də Bərdə rayon S.Vurğun adına Mərkəzi kitabxanasının uşaqlara xidmət şöbəsində şifahi xalq ədəbiyyatına həsr edilmiş “Əsrlərdən gələn səs” adlı musiqili, ədəbi-bədii gecə keçirilib.

Uşaqlara xidmət şöbəsinin müdiri Sevda Süleymanova Azərbaycan şifahi xalq ədəbiyyatı haqqında geniş məlumat verib. Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov, kitabxananın işçisi S.Məhərrəmova, “Bərdə” qəzetinin müxbiri Ş.Əliyeva çıxış edərək folklor janrlarının ideya-bədii xüsusiyyətlərindən danışıblar. Sonda şagirdlər laylalardan, bayatılardan nümunələr söyləyib, rəqs ediblər.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 12.