Lənkəran
teatrı Yardımlıda qastrolda olub
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı Yardımlı rayonunda qastrol səfərində olub. Kollektiv yazıçı-jurnalist Ağaddin Babayevin “Üç qardaş” nağıl-tamaşası ilə sənətsevərlər qarşısında çıxış edib. “Məlikməmməd” xalq nağılının motivləri əsasında hazırlanan səhnə əsəri maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Təvəkkül Əliyev, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Miraslan Ağayev, Zemfira Nəcəfova, Hikmət Cəfərov, Emin Fərzullayev, Sayad Əliyev, Tərlan Abdullayev, Əli Nurullazadə, Gülər Kərimova və başqaları ifa ediblər.
Qeyd edək ki, kollektiv hazırda respublikanın
qərb rayonlarına qastrola hazırlıq görür.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 11.