Xalqla ordunun birliyi

Aprelin 25-də faşizm üzərində Qələbənin 70 illiyi ilə bağlı Masallıdakı Heydər Əliyev parkında Müdafiə Nazirliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Xalq və ordu birdir" devizi altında təşviqat marafonu keçirilib.

Mərasim ulu öndərin Masallı şəhərindəki abidəsinin ziyarət olunması ilə başlayıb. Müdafiə Nazirliyinin məsul işçisi, polkovnik Abdulla Qurbani iştirakçıları parkda qurulmuş, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Böyük Vətən müharibəsi veteranları ilə keçirdiyi görüşlərdən hazırlanmış stendlərlə tanış edib. İncəsənət ustalarının və rayonun "Halay" folklor rəqs kollektivinin rəngarəng çıxışları tədbirə rəng qatıb.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 11.