Özbəkistan
saytında “Xarı bülbül” festivalı yada
salınıb
Özbəkistanın uchildiz.uz saytında ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun bir vaxtlar musiqi beşiyimiz Şuşada keçirilən “Xarı bülbül” festivalı haqqında məqaləsi dərc olunub.
Məqalədə müəllif dünyada
yalnız Azərbaycanda - Qarabağda bitən “Xarı
bülbül" çiçəyindən, festivalın
tarixindən söz açır. Təəssüf hissi ilə
qeyd olunur ki, 23 ildir davam edən işğal Qarabağda
"Xarı bülbül" beynəlxalq musiqi
festivalının keçirilməsinə imkan vermir və indi
bu dağlarda musiqi sədaları deyil, başqa səslər
ucalır. Müəllif işğala son qoyulacağına,
Şuşada və digər azad olunmuş Azərbaycan şəhərlərində
musiqi sədalarının yenidən yüksələcəyinə
inandığını bildirir.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 10.