Tariximizin milli naxışları

Goranboyda regional xalça sərgisi

 

Goranboy rayonunda 1-ci regional xalça sərgisi keçirilib. Sərgidə Samux, Kəlbəcər, Xocalı, Yevlax, Naftalan şəhərlərindən toplanmış 150-dən artıq xalça, kilim, zili, cecim və digər xalça növləri nümayiş etdirilib. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri sərgi ilə maraqla tanış olublar. İştirakçılara ölkə başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın milli-mədəni irsə, o cümlədən xalça sənətimizə diqqət və qayğısı barədə geniş məlumat verilib. Azərbaycan xalça sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin xəzinəsində layiqli yer aldığı vurğulanıb.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 8.