“Əl-ələ
tut gedək”
Aprelin 29-da Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, tanınmış şairə Sona Vəliyevanın sözlərinə yazılmış “Əl-ələ tut gedək” adlı kompozisiyanın təqdimatı keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Sona Vəliyeva ilə müğənni-bəstəkar Xumar Qədimovanın sayca ikinci yaradıcı işi olan kompozisiyanı təsirli əsər adlandırıb: “Kompozisiyada Xumar Qədimova ilə birgə Xalq artisti Alim Qasımovun da səsi eşidilir, şeiri isə Xalq artisti Nurəddin Mehdixanlı səsləndirir. Sözsüz ki, əsərin belə mükəmməl alınmasında bu güclü sənətkarların da rolu olub”.
Sona Vəliyeva deyib: “Azərbaycanın dərdi böyükdür, işğal olunan torpaqlar hamımızındır. Bu dərd bizi həmrəy olmağa, bir olmağa çağırır. Hisslərimi, duyğularımı şeirə köçürmüşəm. Mahnı elə bir janrdır ki, onu hamı eşidir, hamı dinləyir”.
Müğənni Xumar Qədimova
da “Əl-ələ tut
gedək” şeirinin onda
oyatdığı ülvi hisslərdən,
yazdığı mahnının özəlliyindən söz açıb. Sonra klip nümayiş olunub. Kompozisiyanın rejissoru
Ramil Ağasıyevdir.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 5.