Fortepiano və
arfada solo konsert
Aprelin 24-də Kamera və Orqan Musiqisi Zalında “Ad libitum” klassik solo konserti keçirilib. Konsertdə İ.S.Bax, A.Skryabin, V.A.Motsart, F.List, İ.Brams və digər bəstəkarların əsərləri səsləndirilib. Musiqi nömrələrini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) III kurs tələbələri, beynəlxalq müsabiqələr laureatları Lalə Məhərrəmova və Aysel Əliyeva fortepiano və arfa alətində ifa ediblər.
L.Məhərrəmova və A.Əliyeva piano
ixtisası üzrə təhsil almaqla yanaşı, eyni zamanda
ifaçılıq fakültəsinin “Simli alətlər”
kafedrasında arfa ixtisası üzrə ikinci ixtisas kimi məşğul
olurlar. Arfa alətində ifa sirlərinin öyrənilməsində
BMA-nın baş müəllimi Səməngül
İbrahimovanın rolu çox böyükdür. Konsert
alqışlarla qarşılanıb.
Mədəniyyət.- 2015.- 1 aprel.-
S. 5.