Çanaqqala zəfərinin
100 illiyi münasibətilə konsert
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səda” tədris teatrında Çanaqqala zəfərinin 100 illiyi münasibətilə universitetdə təhsil alan türkiyəli tələbələrin konsert proqramı təşkil olunub.
Tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq Çanaqqala zəfərinin 100 illiyinin Azərbaycanda yüksək səviyyədə qeyd olunduğunu, tədris ocağının da bu yubileyə xüsusi hazırlaşdığını bildirib. Rektor konsertin iştirakçıları olan türkiyəli tələbələrin tədris həyatında fəallığından danışıb.
Türkiyə səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat çıxış edərək Çanaqqala zəfəri və Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.
Sonra Xalq artisti Zamiq Əliyevin rəhbəri
olduğu türkiyəli tələbələrdən ibarət
instrumental ansambl və xor türk və Azərbaycan bəstəkarlarının
əsərlərini ifa ediblər. Tələbələrin
kamança, tar alətlərində ifaları xüsusilə
diqqəti cəlb edib. Konsert hər kəsin zövqünü
oxşayıb.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 4.