Kukla teatrında
“Çəkməli pişik”
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın hazırlıqlarına start verilib. Uşaqların sevimli məkanında bu dəfə dünya ədəbiyyatı klassikasından məşhur nümunəyə - Şarl Perronun “Çəkməli pişik” nağılına müraciət edilib.
Əsər fərqli yozum və səhnələşdirmə
ilə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrın rejissoru Anar Məmmədov tamaşaya əlavə
olunan yeni obrazlar və mətnlərlə nümunəni
müasir uşaqların anlaya biləcəyi tərzdə təqdim
etmək istədiklərini deyib. Tamaşanın
quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı
Əməkdar incəsənət xadimi Cahangir
Zülfüqarovdur. Rolları Əməkdar artist Rəhman Rəhmanov,
aktyorlar Tamilla Bünyatzadə, Rəhim Rəhimov, Cavid Telman və
başqaları ifa edəcək.
Mədəniyyət.- 2015.- 1 may.-
S. 4.