Aygün Vəkilovanın xatirəsi yad edilib

Səməd Vurğunun ev-muzeyində böyük şairin nəvəsi Aygün Vəkilovanın xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə mərhumun oğlu, Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinif şagirdi Vurğun Vəkilovun ifasında səsləndirilən musiqi sədaları altında Aygün xanımın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Azadə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, sənətşünaslıq doktoru Ülviyyə Hacıbəyova, ev-muzeyinin əməkdaşı Xanım Şadlinski, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov həyatdan vaxtsız köçmüş Aygün Vəkilova ilə bağlı xatirələrini bölüşüblər.

Sonda ailə adından Dürdanə Vəkilova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 2.