Qələbə -70: bölgələrdə tədbirlər

Şirvan Dövlət Rəsm Qalereyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi münasibətilə uşaqların əl işlərindən ibarət sərgi açılıb. Qalereyanın direktoru Ziyafət Hüseynov çıxış edərək nümayiş olunan əsərlər barədə məlumat verib. Bildirib ki, sülhə, müharibəyə münasibətlərinin, öz duyğularının rəsmlərin dili ilə ifadə edilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu var.

Qalereyanın əməkdaşı Günay Həsənova “İkinci Dünya müharibəsində Azərbaycan təsviri incəsənəti” mövzusunda məruzə edib. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.

* * *

Tərtər rayon MKS-də və kənd kitabxana filiallarında faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar müzakirələr, dəyirmi masa və sərgilər, görüşlər təşkil edilir.

Aprelin 28-də müharibə və əmək veteranları ilə görüş keçirilib. Tədbir iştirakçıları “Bu Vətən, bu torpaq unutmaz sizi”, “Böyük Vətən müharibəsi bədii ədəbiyyatda”, “Xatirə kitabı” - yaddaşımızın kitab abidəsi” və s. başlıqlı kitab sərgisi ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 1 may.- S. 2.