Sumqayıt
kitabxanalarının səyyar sərgisi
Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.
Kitabxana 1 və 10 saylı kitabxana filialları
ilə birlikdə bu münasibətlə 34 saylı tam orta məktəbdə
səyyar sərgi təşkil edib. Sərgidə ulu öndərin
həyatı, siyasi fəaliyyəti haqqında müxtəlif
nəşrlər nümayiş olunub. Məktəbin müəllim
və şagirdləri sərgi ilə yaxından tanış
olublar. Kitabxanaçılar sərgilənən nəşrlər
haqqında iştirakçılara ətraflı məlumat
veriblər.
Mədəniyyət.- 2015.- 6 may.- S.
15.