Lənkəranda
məktəblilərin forumu
Mayın 1-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzi və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş məktəbli gənclərin yaradıcılıq forumu keçirilib.
Forum çərçivəsində mərkəzin rəsm studiyasının gənc rəssamlarının əl işlərinin satış sərgisi təşkil olunub. Sərgidə Heydər Əliyevin parlaq ideyalarına və əziz xatirəsinə ithaf olunmuş əsərlər nümayiş etdirilib.
Mərkəzin baş mühafizi A.İbrahimova, Lənkəran Şəhər İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi K.Manafova, 6 saylı orta məktəbin direktor müavini Z.Baxşıyev və şagirdlərin çıxışları dinlənilib.
Ümummilli liderin xatirəsinə həsr
olunmuş müsabiqənin “Ən yaxşı şagird”,
“İctimai fəal şagird” və “Gənc istedad”
nominasiyaları üzrə qaliblər Heydər Əliyev Mərkəzinin
xüsusi diplomları ilə təltif olunub, 5 saylı tam orta
məktəbin bədii qiraətçilərinin ifasında
ulu öndərə həsr olunmuş kompozisiya səsləndirilib.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 15.