Heç kim
unudulmur...
Tərtər rayon MKS-də faşizm üzərində
Qələbənin 70 illiyi ilə əlaqədar “Heç kim
unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir
keçirilib. Tədbirdə II Dünya müharibəsinin dəhşətlərindən
söz açılıb, müharibə veteranları xatirələrini
bölüşüblər. “Unutsaq, unudularıq”, “Bu Vətən,
bu torpaq unutmaz sizi”, “Böyük Vətən müharibəsi
bədii ədəbiyyatda”, “Xatirə kitabı”, “Azərbaycanlı
Sovet İttifaqı qəhrəmanları” və s.
başlıqlı kitab sərgiləri nümayiş etdirilib.
Sonda şagirdlər vətənpərvərlik mövzulu
şeirlər söyləyiblər.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 12.