“Uşaqlar
müharibənin günahsız qurbanlarıdır”
Aprelin 30-da Şirvan şəhər Mərkəzi kitabxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynovanın “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının müzakirəsi keçirilib. Kitab müharibədə həlak olmuş və zərər çəkmiş uşaqlara həsr olunub.
Şirvan şəhər MKS-nin direktoru
İltifat Nəbiyev, kitabxananın əməkdaşları Vəzufə
Xuduyeva, Alma Cəfərova, Kəmalə Quliyeva və digər
çıxış edənlər xalqımıza
qarşı tarixən törədilən ağır cinayətlərdən,
soyqırımlarından söz açıblar. Bildirilib ki, nəşrdə
bütün bunlar real faktlar əsasında öz əksini
tapıb. Kitabda təqdim olunan məlumatlar işğal
olunmuş rayonların və şəxsi arxivlərin
materialları əsasında tərtib olunub.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 12.