Ölkəmizin turizm imkanları Dubay sərgisində

 

Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "ATM 2015" beynəlxalq turizm sərgisi işə başlayıb. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Marketinq sektorunun müdiri Emil Səfərov və Planlaşdırma və inkişaf sektorunun baş məsləhətçisi Cəfər Qarayevdən ibarət nümayəndə heyəti iştirak edir. Sərgidə həmçinin 6 turizm şirkəti (“Silk Way Travel”, “Millennium Tourism and Congress”, “The Tour”, “Greenwich Travel”, “Gilan Tourism”, “Luxury Sport”) və 3 mehmanxana (“Fairmont Hotel”, “Rigs Hotel”, “Boulevard Hotel”), habelə Azərbaycan Hava Yolları, Şahdağ Turizm Mərkəzi və Azərbaycan Konqreslər Bürosu təmsil olunur.

Sərgidə Azərbaycanın turizm potensialı 56 kvadratmetrlik stenddə nümayiş olunur. Qonaqlara ingilis və ərəb dillərində müxtəlif reklam-çap məhsulları təqdim olunur. “ATM 2015" sərgisi mayın 7-dək davam edəcək.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 6 may.- S. 6.