“Şərq Tərəfdaşlığı”
üzrə ekspert qrupu ilə görüş
Aprelin 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində fəaliyyət göstərən ekspert qrupu ilə görüşüb. Ekspert qrupu Avropa İttifaqı ilə tərəfdaş respublikaların birgə fəaliyyət planlarına əsasən ölkələrin təcrübəsində, qanunvericiliyində ətraf mühit üzrə inteqrasiyanı araşdırmaq məqsədilə Azərbaycana səfər edib.
Qrupun rəhbəri Jerzy Sarnacki bir neçə dövlət qurumu ilə görüşlərin keçirildiyini diqqətə çatdırıb. Söhbət zamanı ölkə iqtisadiyyatının diversifikasiyasında əsas prioritet sahələrdən biri olan turizmin ətraf mühitin qorunmasında rolu və gələcək fəaliyyətin planlaşdırılması müzakirə olunub.
Nazim Səmədov öncə nazirliyin Avropa
İttifaqı ilə əməkdaşlığı
haqqında ətraflı məlumat verib, 2014-cü ildə
başa çatmış "Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin Turizm Departamentinin potensialının
gücləndirilməsi" adlı tvinninq layihəsi barədə
danışıb. Layihənin ölkədə turizm
menecmentinin inkişafına töhfə verdiyi
vurğulanıb. Turizmin ətraf mühitin qorunmasında
rolundan söz açan nazir müavini bu sahədə gələcək
planlardan bəhs edib. Sonda nazirliklə Avropa İttifaqı
arasında mədəni irs sahəsində hazırlanan yeni
tvinninq və COMUS layihələri barədə söhbət
aparılıb və bu layihələrə ətraf mühit məsələlərinin
də daxil edilməsi təklif olunub.
Mədəniyyət.- 2015.- 6 may.-
S. 4.