Maestronun xatirə
gecəsi
L. və M.Rostropoviçlərin ev-muzeyində maestro Mstislav Rostropoviçə həsr olunmuş “Sən həmişə ürəyimizdəsən” adlı xatirə gecəsi keçirilib. Muzeyin direktoru Şeyla Heydərova Mstislav Rostropoviç və Qalina Vişnevskayanın yaradıcılıq birliyindən söz açıb. Qeyd edib ki, M.Rostropoviç solo konsertlərdə sevimli xanımının yeganə müşayiətçisi olub. O, istedadlı violonçelist, pianoçu və dirijor olmaqla yanaşı, virtuoz müşayiətçi idi.
Sonra Əməkdar artist Gülnaz İsmayılova maestronun xatirəsinə ithaf konserti ilə çıxış edib. Proqramda P.İ.Çaykovskinin ariya və romansları səslənib. Solisti royalda Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi Ü.Manafovanın şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları L.Hüseynzadə, V.Vəkilov, N.Abbaslı, A.Yaşıldağ, F.Əliyeva müşayət ediblər.
Gecədə muzeyin zəngin fondundan
çıxarılmış fotoşəkillərdən ibarət
slayd-şou da tamaşaçıların marağına səbəb
olub. Polşanın Azərbaycandakı səfirliyinin mədəniyyət
işləri üzrə attaşesi və digər qonaqlar
onları maestronun musiqi dünyasına aparan tədbirin təşkilinə
görə minnətdarlıqlarını bildiriblər.
Mədəniyyət.- 2015.- 8 may.- S.
5.