Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XIV beynəlxalq elmi-praktik konfrans keçirilib.

Universitetin rektoru, professor Fərəh Əliyeva tədbirin artıq 14-cü ildir ki, davamlı olaraq keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu, təqdim olunan mövzuların aktuallığına dəlalət edir. O, konfransın türkdilli xalqların ortaq mədəniyyətinin öyrənilməsi baxımından öməmini vurğulayıb. Rektor konfransa gənc tədqiqatçıların maraqlı mövzularla qatılmasının təqdirəlayiq olduğunu bildirib.

Qeyd edək ki, ənənəvi olaraq bu il də konfransda iştirak edən tədqiqatçıların materialları əvvəlcədən çap olunub, konfrans günü onlara təqdim edilib. Topluda Azərbaycan, Oman, Türkiyə, Gürcüstan və Tatarıstandan 50-yə yaxın tədqiqatçının məqaləsi yer alıb.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 5.