I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Əvvəli dünyəvi dahilərin müdrik fikir-qənaətlərindən nümunələr, sonu - bu ƏHƏMİYYƏTi bizim bəzi “qələmigöyçək”lərdən daha yaxşı görən bir avropalının telefon bağlantısından, bu haqda bir sıra “Senat”-“Depart”menlərdən daha intellektual danışan iki ağsaqqalımızın söhbətindən və bu barədə bir para mütaliəsiz müəllimlərdən daha sivil düşünüb-daşınan bir məktəblimizin “inşa yazı”sından fraqmentlər əsasında...

Mayasında gözə görünən və “görünməyən” çox şeyləri ehtiva edən bu total Tədbirin əhəmiyyəti haqda sözümə, zaman-zaman ayrı-ayrı fantastik insanların “statistik” insanlar və ümumən xalq, ölkə, mədəniyyət, tarix barədə dedikləri postulatlarla başlayıram.

Həmin dahilərdən -

öz zəmanəsinin məşhur dilçi-leksikoqrafı, fransızların mədəni-mənəvi inkişaf dili uğrunda da çox işlər görmüş Pyer Buast: “İnsanlar sözlərə oxşayırlar; yerlərinə qoymasan, mənalarını itirirlər”.

İngilis yazıçı-filosofu Ceyms Harrinqton: “Xalq görməyə də bilər, lakin o həmişə hiss edir, özü də düzgün hiss edir”.

İtaliyalı ictimai xadim, universal fəaliyyətində ilahiyyatçılıqla insaniyyətçiliyi bərabər tutmuş Cirolama Savonarola: “Xarabalıqları olmayan ölkənin xatirələri, xatirələri olmayan ölkənin isə tarixi ola bilməz”.

“Quru fəlsəfəni daim bədii suya çəkən filosof” kimi tanınmış Jülyen Lamerti: “Bir halda ki hər kəs “mən də tarixi yaratmaq işinin iştirakçısıyam” iddiasındadır, deməli, hamımız onun gözəlləşdirilməsinə kömək etməyə, eybəcərləşdirilməsinə imkan verməməyə çalışmalıyıq”.

Ulu öndər Heydər Əliyevin müdrik kəlamını da xatırlayaq: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətdir”.

Yuxarıdakı fikirlərdən bir-ikisinin işığında üç-dörd abzas da gəzişək.

Məsələ bundadır ki, neçə illər öncə, hər hansı bir xalqı başqalarından fərqləndirən xüsusiyyətləri sadalayıb, bunların “ən yüksəyi mədəniyyətdir” qənaətinə gələn ulu öndər həmin ifadədə - hələ neçə müddət sonra baş tutası bu məcmu OYUNu da ehtiva etmiş olub. Belə ki, bu münasibətlə inşa edilən nəhəng komplekslər, hotellər, yaradılan parklar, çəkilən yollar, əkilən gül-çiçəklər, on minə yaxın əcnəbi kontingenti, minlərlə turisti qarşılayacaq vətəndaşlarımızı bir az da ultralaşdırıb-kulturallaşdırası təlim-təmrinlər nəticə etibarilə mədəniyyət hadisəsi də deyilmi?

Yaxud, “xarabalıqlar” və “xatirələr” tandemindən danışan ilahiyyatçı italyanın parafrazını paraqlayaq. Olduqca maraqlı, gözoxşar loqolu (və logikalı!) “Bakı-2015” çağrısı ilə paytaxtımıza axışası saysız-hesabsız avropalılar içərisindən münaqişə sərhədlərimiz tərəflərə ayaq basanlar da olacaqmı? Yüz ildir “genosid” -deyə ağlayan ermənilərin bizim bir parçamızda yaratdıqları xarabalıqların azını görüb, çoxunu da qeyri-siyasi kütlənin türkəsayaq dilindən eşidəcəklərmi? Müxtəlif təmaslar zamanı, onların, törətdikləri son münaqişənin əvvəlindən indiyədək bizim bu son TƏDBİR ərəfəsindəki qədər qurub-yarada bilmədikləri də bilinməyəcəkmi?

Və yaxud, o qədər polietnik ölkələrin sakinləri olan bu qədər avropalılar içərisindən beş-on faiz elmi-elitar qismi onların nəinki “öz” Hayastanındakı, hətta tər-təmiz türk etimoloji “Qara bağ”dakı monoetnikliyin fərqinə də varmayacaqlarmı? Bütün bunlardan sonra, “yer məni-yer məni” çığır-bağırtılarının assimilyasiyasından “erməni”lənib “vətən”lənən və tarixən başqalarının hesabına xoruzlanan bu “mələyin” quyruq-lələyi görünməyəcəkmi? Elə bunun özü də bizə işləyən əhəmiyyət deyilmi?

Daha bir təkriri “yaxud”; neçə illərdir inteqrasiya olunmaqda bulunduğumuz o avropalılar öz maddi imkan və mənəvi hobbilərinə rəğmən süvar olacaqları “etnoqrafik” miniklərdən (at, dəvə və s.) düşüb, hərdən, ictimai nəqliyyat vasitələrimizlə də gedib-gələrkən hər bir gəncimizin özündən beş-üç yaş böyüyə yer verməsi, ağsaqqal-ağbirçək ayağına qalxması, kişilərin xanım-xatınlara sayğısı, imkanlının imkansıza qayğısı və sair bu kimi “lokal” mentallıqlarımızdan əhəmiyyətlənməyəcəklərmi?

Bu və nəzərlərimizdə tutduğumuz digər “müqəyyəd” suallara cavabı da xitabla bitirmək mümkün ikən, təsdiqlə yekunlaşdırıram. Bəli, bütün bunlar da “Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” seriyasındandır...

Yazımın bura qədərini böyük müdriklərin sözlərinə istinadən işlədim və indi, deyirəm, bir-iki kəlmə də özüm deyim. Xüsusən də, bu böyük İdman (nəticə etibarilə milli mədəniyyət!) Hadisəsinə məqsədli paxıllıq və gözügötürməzliklər səbəbilə -

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

13.05.2015

“Gəlmə” gələnlərə dair...

Amma... elə yenə dahilərdən “sözümə qüvvət”lər hesabına.

Deyim ki, iştirakçılıq arealı sarıdan qitəvi (yəni yalnız Avropanı əhatə edən), izlənmə-informasiya baxımından isə dünyəvi xarakter daşıyan bu qlobal törən ayrıca bir ölkənin - etnosca qosqoca, növbəti müstəqillikcə çox cavan Azərbaycanın ölkə başçısının təşəbbüsü və xalqın ümumictimai fikridir. Hansı ki; “Dünyada ictimai fikrə müqavimət göstərə biləcək bir qüvvə yoxdur” (P. Buast).

Əlavə edim ki, zaman-zaman əvəzlənməyə məhkum nəsillər içərisində hər növbəti xələflər sələflərdən tək elə intellektilə yox, digər bio-fizioloji akt-taktları ilə də seçilməyə “məhkum”dur. Axı, idman - tək elə muskullanıb-kullanmaq, müharibə ehtimallı rəqiblərə güc gəlib qaliblənmək üçün deyil, həm də öz ibtidasını ehtiva edən “bədən tərbiyəsi”dir (bu tərkibdəki “tərbiyə”nin fərqinə varmaq üçün məşhur Bidstrup qardaşlarının karikaturalarına yenidən baxmaq gərək). Deməli, gəncliyin dünyanı “dünya standartları səviyyəsində” dərk etməsi, kosmik sürətlə inkişaf edən makrotexnologiyadan baş çıxarması üçün beyin-baş intellekti çabasında olan bir dövlət onun bər-bədən tərbiyəsi qayğısına da qalmalıdır. Belə bir təbii-dialektik vacibatda bu qəbil “Olimp”ik tədbir fürsətindən necə keçəsən və öz kompleks imkanların müqabilində bunu niyə həyata keçirməyəsən? Necə ki; “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” (H. Əliyev).

Və bu ən yeni mövzu-mətləbdən “köhnə” bir haşiyə də çıxım...

Bütün xalqlarda belə bir jarqon da var: “küçə uşağı”. Yiyəsizliyə düşən kimi qol zorundan ağıl toruna düşüb, ictimai abadanlığı kor qoyanlar, qız-gəlinə sataşanlar, özündən gücsüzləri aşağılayıb lağa qoyanlar, yetdiyinə yetib, yetmədiyinə daş atanlar belə adlandırılırlar. Və “yiyəsizliyə düşən kimi” ifadələrinin “çort”una gedibən belə bir sual: Görəsən, bu sayaq əməlləri aşkarda edən böyük dövlətləri nə və necə adlandırmaq olar? Əlbəttə, söhbət ərazi, əhali, silah-sursat və digər “xüsusat”ları ilə “böyük” hesab edilən ölkələrin əks göstəricili ölkələrə “kilkə” gözüylə baxmalarından gedir...

...Elələrinin belə baxdığı ölkələrdən birinə mənsub bəndələrdən biri olaraq, mən, bu cavabıgeniş sualı, xalqımızın “ilanı Seyidəhməd əli ilə tutmaq” deyiminə rəğmən, - XIX əsrin böyük Amerika yazıçı-filosofu Henri Toronun bir frazası ilə “ratifikasiya” edirəm: “Gəlin əvvəlcə insan olaq, amerikalı isə sonra - daha münasib vaxtda olarıq”...

Bəli, düz yüz əlli il sonrakı ABŞ-ın bəzi başbilənləri, özlərinin də az-çox iştirakçısı olduqları məlum Qarabağ problemi içində ola-ola bu boyda immun-impulslu bir Tədbir keçirən Azərbaycana münasibətdə öz müdrik həmyerlilərinin dediyi “amerikalı” oldular. Və “maraqlı”dır ki, bəzi-bəzi “bizim”kilər (öz klassik müdrikimiz Əbdürrəhim bəy Haqverdiyevin “maralları” qəbillilər) də onlardan geri qalmır. Hansı ki, okeanın o üzündəkilər də, Xəzərin bu üzündəkilər də yaxşı bilirlər ki, hər xalqın mədəni gücü siyasi gücündən xeyli (və həmişə) dərin olur!..

Nəhayət, deyim ki, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bəlli mövzu-adla təşkil etdiyi bu müsabiqənin özünün də əhəmiyyəti az deyil. Belə ki, o gündən bu günə (2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının qərarı ilə Avropa tarixində ilk Olimpiya Oyunlarına ev sahibliyi hüququnun Bakıya verilməsindən bəri) “az” tanınan yadelli və özdilli-özqələmli-özsaytlı “dost”larımız daha kompleksal tanınacaqlar; bu ümummənafe işinə hər biri öz analitikası, forma, məzmun və dil-üslubu ilə yanaşıb-incələyəsi müsabiqə iştirakçılarının yazılarından daha modal-mordal surətdə bəllənəcəklər...

Bu “minor” notlardan “major”a keçməyin vaxtı yetib, zənnimcə.

Və beləliklə;

yuxarıdakı vəd məsələsi. Yəni, vur-tut bircə əcnəbi dostumuzun yerli dostlarımdan birinə telefonla dediklərindən, iki ağsaqqalımızın söhbətindən və bir məktəblimizin “inşa”sından (hədsiz ixtisarlaşdırdığım) parçalar:

“Salam, hello, bonjur, hallo, ciao, əziz idmansevər dostum Azər və hörmətli idman yurdu Azərbaycan!

Təbii olaraq təəccüblənəcəksən ki, nə üçün mən səni və Vətənini bu qədər dildə salamladım. Çünki əvvəla, sizdə bu dilləri mükəmməl bilənlər çoxdur, ikincisi, bildiyin kimi, mən özümü bu dillərə mənsub ölkələrin hamısının aborigeni hesab edirəm. Bunu da bilirsən ki, bu hissi - bütöv bir qitə sevgisini mənə uşaq yaşlarımdan babamla atam təlqin edib. Amma son vaxtlar sizin ölkəniz haqda oxuduqlarıma, sosial şəbəkələrdən tanış olduqlarıma rəğmən daha böyük bir iddiaya - bütün dünya aborigeni olmaq arzusuna da düşmüşəm. Dostum, bil ki, sizin ölkəniz tək elə “İlk Avropa Oyunlarına məkan” nümunəviliyinə deyil, məndə oyatdığı bu yeni - qlobal vətəndaşlıq statusu baniliyinə də nail olur!

Bəli, hələlik ikicə səfərim zamanı sizdə nələr görüb-eşitmədim! Bəşəri mədəniyyət, unikal incəsənət, ecazkar musiqi, qarşılıq umulmayan qonaqpərvərlik, analoqu olmayan tolerantlıq, biri-birilə əfsanəvi surətdə çulğaşmış folklorik-neoetnoqrafik ənənələr, antik-modernik memarlıq və infrastruktur aləmləri! Bütün bunların təsirilə mən və hələlik bir neçə dostum - tarixə “Səbəbkarı Azərbaycan!” yazılası “Dünya aborigeni” adlı yeni termin də yaratdıq!..”

* * *

“ - Hə, a Mərdan, məndən iki çərşənbə-bayram yaşdı, bir universitet də savaddısan. İndi de görüm, bu çağacan bu məmləkət buxəntərə qonaq-qara görmüşdümü?

- Yox, Hacı Sərkar, görməyib. Son illər belə tədbirlər tez-tez olsa da, bu qədər gen-bolunu görməmişəm.

- Bəs o ölkələrin bəzi başbilənlərinin fağır müsəlman məmləkətlərinin başına gətirdiyi müsibətlər barədə nə deyə bilərsən, bir savadlı adam kimi? Niyə onlar bunların birinə “kömək” adıynan o birinin axırına çıxırlar?

- Nə deyim, ay Hacı... Elələri haqda sən məndən daha yaxşı sözlər tapıb deyirsən.

- Yəqin ogünkü “dovşana qaç, tazıya tut” söhbətimi işarətdiyirsən, həmi?

- Hə, o gün məhləmizin o vurçatlasın söhbətinə nətəər xitam verdin?!

- Heç nə, dedim ki, gündə bir siyasət qovzayan o Amerika bununla tez-tez ac atlarının hörüyünü, yalavac itlərinin yalağını dəyişir!

- Ay səni, Hacı Sərkar! Sabah səhər namazından sonra gələrsən, gedərik bu Oyuna bilet almağa!

- İnşallah!..”

* * *

Təəssüf, məktəblimizin “inşa”sından balaca bir fraqmentə belə yer qalmadı...

Tahir Abbaslı

Yazı Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Mədəniyyət.- 2015.- 13 may.- S. 15.