“Əbədiyyət
zirvəsi”
Bölgələrdə ulu öndərə həsr olunmuş tədbirlər
Qubadlı rayon Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş “Əbədiyyət zirvəsi” adlı kitab bayramı keçirilib. Tədbirin sonunda konsert proqramı təqdim edilib.
* * *
Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramında çıxış edənlər dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə qayğısından söz açıblar. Mərasim konsert proqramı ilə başa çatıb.
* * *
Oğuz rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə Mədəniyyət mərkəzində “Məşəl kimi yanan ürək” mövzusunda kitab bayramı keçirilib. Çıxışlarda böyük öndərin mədəniyyətimizin inkişafına stimul verən xidmətlərindən söz açılıb.
* * *
Bərdə rayon Mərkəzi kitabxanasının təşkilatçılığı, Mədəniyyət və Turizm Şöbəsinin dəstəyi ilə rayon Mədəniyyət evində keçirilən kitab bayramında iştirakçılar “Heydər Əliyev və mədəniyyət”, “Birinci Avropa Oyunları”, “Tarixin özü qədər qədim Bərdə” və s. başlıqlı kitab sərgiləri ilə tanış olublar.
* * *
Qazax rayon Mərkəzi kitabxanası tərəfindən Ədəbiyyat Muzeyində ümummilli liderin anadan olmasının 92 illiyinə həsr olunmuş tədbir keçirilib. Yazıçılar Birliyinin Qazax filialı ilə birlikdə təşkil olunan tədbirdə çıxış edənlər böyük azərbaycanlının ədəbiyyata, mədəniyyətə yüksək dəyər verdiyini vurğulayıblar.
* * *
Sabirabad Rayon Mədəniyyət və Turizm Şöbəsində ulu öndərin doğum günü münasibətilə tədbir keçirilib. Qeyd olunub ki, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır.
* * *
Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Qax rayonundakı Heydər Əliyev bağında ənənəvi gül bayramı təşkil olunub. Bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən konfransda ulu öndərin Azərbaycan xalqının həyatında, respublikanın inkişafında rolundan danışılıb.
* * *
Naftalan şəhər Mərkəzi kitabxanasında “Heydər Əliyev dühası” mövzusunda kitab bayramı təşkil edilib. Şəhər uşaq musiqi məktəbi şagirdlərinin ifasında musiqi nömrələri təqdim olunub.
* * *
Gədəbəy rayon MKS-də keçirilən ənənəvi kitab bayramında ulu öndərin tariximizdə əvəzsiz xidmətlərindən söz açılıb. Tədbirin sonunda məktəblilərə hədiyyələr təqdim olunub, kitab sərgisinə baxış keçirilib.
* * *
Şamaxı Dövlət Rəsm Qalereyasında ümummilli liderin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Azərbaycanım mənim” başlıqlı sərgi təşkil olunub. Sərgidə İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işləri nümayiş etdirilib.
* * *
Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində “Sən elə bir zirvəsən” adlı elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları mərkəzdə hazırlanmış kompozisiyalarla tanış olublar.
* * *
Kəlbəcər rayon MKS-nin təşkil etdiyi kitab bayramında “Qarabağ - qan yaddaşımız”, “Heydər Əliyev və milli mədəniyyətimiz”, “Kəlbəcər yazarlarının əsərləri” və s. başlıqlı sərgilərə baxış olub.
* * *
Goranboy rayon MKS-də “Qüdrətli dövlət quruculuğunun banisi” mövzusunda elmi-praktik konfrans keçirilib. Məruzə və çıxışlarda Azərbaycan elminin, maarifinin, mədəniyyətinin inkişafında Heydər Əliyevin xidmətlərindən söz açılıb.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında təşkil olunan “Tarix yaradan şəxsiyyət” adlı ədəbi-bədii gecədə qeyd edilib ki, Heydər Əliyev həyatını, bilik və bacarığını Azərbaycanın çiçəklənməsinə, ölkəmizin xoşbəxt gələcəyinə həsr edib.
* * *
Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində kitab bayramı keçirilib. Tədbir iştirakçıları “Dünyanın hər yerindən görünən zirvə”, “Dövlətçiliyimizin dayaqları”, “Ağstafa - kamal ocağı”, “Azərbaycan klassikləri” və s. başlıqlarda kitab sərgisinə baxıblar.
* * *
Ağsu şəhər stadionunda ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kitab bayramında ömrünü xalqına, onun firavanlığına bəxş etmiş dahi siyasətçinin həyat və fəaliyyətinə həsr olunan nəşrlər nümayiş etdirilib.
* * *
Yardımlı şəhər stadionunda təşkil
olunan kitab bayramında 250-dən artıq adda nəşr
nümayiş etdirilib. Sərgidə ümummilli lider
haqqında yazılmış əsərlər, klassik ədəbiyyat,
uşaq ədəbiyyatı və dünya ədəbiyyatı
nümunələri yer alıb.
Mədəniyyət.- 2015.- 13 may.-
S. 11.