İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyəti qurulub

 

Aprelin 6-da Bakıda İtaliya-Azərbaycan Əməkdaşlıq və Dostluq Cəmiyyətinin təqdimat mərasimi oldu. Cəmiyyətin qurucusu və sədri Dündar Keşaplı bildirdi ki, uzun illərdir İtaliyada yaşayır, bu ölkədə Aralıq dənizi Qəzetçilər Dərnəyinin rəhbəridir. Bakıya dördüncü gəlişində dostların dəstəyi ilə bu qurumu yaradıb. Onun sözlərinə görə, cəmiyyət əsasən mədəniyyət, moda, film, idman sahəsində fəaliyyət göstərəcək.

İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillonu qeyd etdi ki, iki ölkə sıx strateji əlaqələrə malikdir: “Amma bu əlaqələrdə idman və mədəniyyət sahələri tam əhatə olunmayıb. Əminəm ki, cəmiyyət bu istiqamətlərdə uğurla fəaliyyət göstərəcək". Diplomat gələn ay Azərbaycanda keçiriləcək Avropa Oyunlarına İtaliyadan böyük heyət qatılacağını və idman yarışlarını səbirsizliklə gözlədiklərini bildirdi.

Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə Salahova, millət vəkili Adil Əliyev, tanınmış modelyer Fəxriyyə Xələfova və digər çıxış edənlər cəmiyyətə uğurlar arzu etdilər.

 

M.Sultanova

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 10.