Gənclər X
Beynəlxalq Delfi Oyunlarında iştirak ediblər
1-6 may tarixində
Rusiyanın Oryol şəhərində faşizm üzərində
Qələbənin 70 illiyi münasibətilə MDB ölkələrinin
gəncləri arasında X Beynəlxalq Delfi Oyunları
keçirilib.
Oyunlarda incəsənətin müxtəlif sahələri üzrə 28 nominasiyada 2 minə yaxın 10-25 yaşlarında uşaq və gənc, habelə 130 nəfərdən çox münsiflər heyəti və qonaqlar iştirak ediblər.
Ölkəmiz tədbirdə 6 nominasiya üzrə təmsil olunub. Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Emil Əhmədzadə (fortepiano), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Ləman Əsədova (skripka), Bakı şəhər T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Üzeyir Quliyev (estrada oxuma), Sumqayıt Musiqi Kollecinin tələbəsi Rza Xosrovzadə (akademik oxuma), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Nicat Məsimov (balaban), Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin şagirdi Mustafa Kamal Eyyubov (balaban) və Bakı şəhər 3 nömrəli uşaq incəsənət məktəbinin şagirdi Sevinc Quliyeva (təsviri incəsənət) X Beynəlxalq Delfi Oyunlarında iştirak edib.
Nicat Məsimov xalq çalğı alətləri nominasiyasında ikinci yeri tutaraq gümüş medala və diploma, Emil Əhmədzadə (fortepiano) və Ləman Əsədova (skripka) xüsusi diploma layiq görülüblər.
Oryol şəhərinin ən böyük konsert salonunda keçirilən mükafatlandırma mərasimində və qala konsertdə Nicat Məsimovun milli alətimiz olan balabanda ifası tamaşaçıların alqışlarını və rəğbətini qazanıb.
Tədbirə paralel olaraq keçirilən “Mədəniyyət
və incəsənət sahəsində gənc
istedadların üzə çıxarılması və dəstəklənməsi”
mövzusunda X beynəlxalq konfransda ölkəmizi Mədəniyyət
və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə
iş şöbəsinin baş məsləhətçisi
Vüqar Baxışov təmsil edib.
Mədəniyyət.- 2015.- 13 may.-
S. 7.