BMÜTT-nin Avropa
üzrə Regional Komissiyasının növbəti iclası
Mayın 11-də İsrailin Hayfa şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa üzrə Regional Komissiyasının 58-ci iclası başlayıb. BMÜTT-nin baş katibi Taleb Rifai, həmçinin 27 ölkənin rəhbər şəxsləri və digər nümayəndələrinin qatıldığı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdir müavini Rauf Paşayev iştirak edir.
Sessiyada 2014-2015-ci illər üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üzrə nəticələr, 2016-2017-ci illər üzrə Fəaliyyət Planı, BMÜTT-nin Baş Assambleyasının 21-ci sessiyasına hazırlıq və digər məsələlər müzakirə olunur.
Sessiyanın ardınca keçiriləcək
"Turizm təcrübəsinin artırılmasında mobil
texnologiyalar" mövzusunda seminarda turist cəlb edilməsində
və turistlərdə müsbət təəssüratların
yaradılmasında texnoloji yeniliklərdən istifadə,
turizmin müxtəlif sahələrdə inkişaf
tendensiyaları ilə ayaqlaşması zərurəti və
s. məsələlər müzakirə olunacaq.
Mədəniyyət.- 2015.- 13 may.-
S. 2.