Yaddaşlardakı tarix

 

Goranboy rayon Heydər Əliyev Mərkəzində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçısı olan 19 nəfər veteranla görüş keçirilib. Keçmiş döyüşçülər qanlı müharibə ilə bağlı xatirələrini bölüşüblər. Veteranlara hədiyyələr təqdim olunub.

Salyan rayonunda da Qələbənin 70 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə müharibə veteranı Məhərrəməli Rzayev, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev və digər çıxış edənlər tariximizdə şanlı səhifələrindən söz açıblar. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov veteranları təbrik edib. Şagirdlərin hazırladıqları kompozisiya nümayiş olunub, veteranlara xatirə medalları təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 12.