Britaniya
jurnalının növbəti sayı “Bakı-2015”ə həsr
edilib
Böyük Britaniyada nəşr edilən “Diplomat” jurnalının may-iyun nömrəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilib. Ölkəmizin Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanan xüsusi buraxılışda gənclər və idman naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki və “Bakı-2015” I Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqqin yazıları yer alıb. Həmçinin səfir Tahir Tağızadənin bu idman hadisəsinin əhəmiyyəti barədə oxuculara xüsusi müraciəti və jurnalın redaktoru V.Kuffelerin yazısı dərc edilib.
Xüsusi nəşrdə Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyədək əldə etdiyi nailiyyətlər, eləcə də “Bakı-2015”in qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və yarışlarda iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.
1948-ci ildə təsis edilmiş “Diplomat”
jurnalının əsas oxucuları Londondakı diplomatik
korpusun nümayəndələri, Britaniya və Avropa parlamentlərinin
üzvləri, digər vəzifəli şəxslərdir.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 9.