Rusiya telekanalında Azərbaycan mətbəxi haqqında veriliş

Rusiyanın "Пятница" telekanalında nümayiş olunan məşhur "Еда, я люблю тебя!" verilişinin budəfəki mövzusu Azərbaycan mətbəxi olub. Azərbaycan süfrəsinin təamlarını dadmaq, onların tarixi və çeşidləri ilə yaxından tanış olmaq məqsədilə proqramın aparıcıları Bakıya təşrif buyurublar.

Verilişin əsas mahiyyəti ondan ibarətdir ki, aparıcılar müxtəlif ölkələrə səyahət edir və həmin ölkənin milli mətbəxini nümayiş etdirirlər. Azərbaycan mətbəxindən bəhs edən buraxılış 11 may tarixində nümayiş olunub.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 8.