Mədəniyyətimizin
hamisi
Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Mədəniyyətimizin və mənəvi sərvətlərimizin hamisi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə M.S.Ordubadinin xatirə muzeyinin
elmi işçisi İradə Vəliyeva, muzeyin bələdçisi
Nərmin Baxşıyeva, Dövlət Din Tarixi Muzeyinin elmi
işçisi Gülçöhrə Rəhimova ulu öndərin
mədəniyyətimizə göstərdiyi qayğıdan
söhbət açıblar. Muzeyin ekspozisiyasında
ümummilli liderin həyat və fəaliyyətini əks etdirən
kitablarından ibarət guşə yaradılıb.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 7.