İncəsənət
ustalarının müharibə illərində fəaliyyəti
Mayın 8-də Bakı Xoreoqrafiya Akademiyasında “Azərbaycan incəsənət ustalarının müharibə illərində fəaliyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirin açılışında akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin müraciəti oxunub. Sonra Üzeyir Hacıbəylinin qələbə ruhlu “Cəngi”sinin sədaları altında konfrans açıq elan olunub.
1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş konfransda Bakı Xoreoqrafiya Akademiyasının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri çıxış ediblər. “Böyük Vətən müharibəsi illərində Azərbaycan musiqi incəsənətinə ümumi nəzər”, “Azərbaycan baletinin görkəmli nümayəndəsi Leyla Vəkilovanın sənət yolu”, “Qələbənin yaşıdı - “Vətən operası” (Cövdət Hacıyev, Qara Qarayev) - 1945-ci il”, “Azərbaycan vokal janrı müharibə illərində”, “Azərbaycan Dövlət Opera və Balet Teatrı müharibə illərində (1938-1945)” və s. mövzularda məruzələr dinlənilib.
Konfransı Bakı Xoreoqrafiya
Akademiyasının elm və yaradıcılıq işləri
üzrə prorektoru, Əməkdar incəsənət xadimi
Sonaxanım İbrahimova aparıb.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 5.