Şabran rayonunda
mədəniyyət işçiləri üçün dəyirmi
masa
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Şabran rayonundakı Heydər Əliyev Mərkəzində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanundan irəli gələn vəzifələr mövzusunda dəyirmi masa keçirib.
Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov açılış nitqində dəyirmi masanın məqsədi və əhəmiyyətindən bəhs edib. Mərkəzin direktor müavini N.Rəhmanova, Qafqaz Universitetinin mədəniyyət şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Z.Axundova, Azərbaycan Dövlət Tibb Kitabxanasının mütəxəssisi, Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin müəllimi İ.Əliyeva, mərkəzin baş metodisti S.Cəlilova məruzələrlə çıxış ediblər.
Dəyirmi masada Şabran Rayon Mədəniyyət
və Turizm Şöbəsinin məsul işçiləri və
60-dək mədəniyyət işçisi iştirak edib. Tədbirin
sonunda dinləyicilərlə diskussiya keçirilib.
Mədəniyyət.- 2015.- 15 may.-
S. 4.