Bakı Turizm İnformasiya Mərkəzi Avropa Oyunlarına hazırdır

12-28 iyun tarixində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülüb. Mərkəzin girişində Avropa Oyunlarının stend və bannerləri qurulub və ölkəmizin turizm potensialını təbliğ edən yeni reklam çap məhsulları hazırlanıb. Mərkəzdə həmçinin suvenir köşkü quraşdırılıb.

Eyni zamanda ölkəmizə səfər edəcək turistlərə və qonaqlara yüksək xidmət göstərilməsi üçün Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssislərinə ingilis dili kursları təşkil olunub. Mərkəz I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21.00-dək uzadılıb. Mərkəzin qaynar xətt telefon nömrəsi (498 12 44) fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 14.