Vyanada “Eurovision” həyəcanı
Azərbaycan təmsilçisi Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında çıxış edəcək
Mayın 18-də
Avstriyanın paytaxtı Vyanada
“Eurovision-2015” mahnı müsabiqəsinin
açılış mərasimi keçirilib.
Bu il 60 illik yubileyini qeyd edən müsabiqədə 40 ölkə iştirak edir. Bu sırada ilk dəfə
olaraq uzaq Avstraliya da yer
alıb.
Yaşıl qitə məhz yubiley ili üçün
müsabiqəyə qatılıb və yalnız təmsilçisi
qalib olacağı təqdirdə növbəti
ildə müsabiqədə iştirak edə
bilər. Çexiya 5
il, Kipr və Serbiya isə bir il aradan sonra yenidən
“Eurovision”a qayıdıb. Ukrayna isə maliyyə və siyasi səbəblərdən
müsabiqəyə qatılmayıb. Türkiyə 2013-cü
və 2014-cü illərdə olduğu kimi bu yarışmada
da iştirak etmir.
Mayın
19-da gecə 16 ölkə təmsilçisi birinci
yarımfinalda “Wiener Stadthalle” arenasında səhnəyə
çıxıb. Azərbaycan təmsilçisi Elnur
Hüseynov mayın 21-də müsabiqənin ikinci
yarımfinalında çıxış edəcək. “Hour of
the Wolf” (“Canavar saatı”) mahnısı (bəstəkarı
Niklas Lif, kompozisiyanın səhnə tərtibatçısı
Ambra Sassidir) ilə səhnəyə çıxacaq Elnuru iki
rəqqas - kanadalı Lukas MakFarlayn və fransalı Culiya
Spaysser müşayiət edəcək.
Hər
iki yarımfinaldan 20 iştirakçı, habelə müsabiqəyə
birbaşa qatılan Britaniya, Fransa, Almaniya, İtaliya,
İspaniya və ev sahibi Avstriya - ümumilikdə 26 təmsilçi
mayın 23-də “Eurovision-2015”in final gecəsində
çıxış edəcək.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 10.