Kitablarımız Praqa sərgisində nümayiş olunub

Azərbaycanın Çexiyadakı səfirliyi və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə ölkəmiz Praqada keçirilmiş 21-ci kitab sərgisində təmsil olunub. Ölkəmizin Çexiyadakı səfiri Fərid Şəfiyev və Tərcümə Mərkəzinin direktoru Afaq Məsud sərginin açılışında iştirak edib, tədbirin təşkilatçıları və digər qonaqlarla görüşüblər.

Sərgidə qurulan “Azərbaycan” stendində ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına aid çoxlu sayda nəşrlər nümayiş etdirilib. Stendə maraq göstərənlərə ölkəmizin kitab və digər çap məhsulları hədiyyə edilib.

Azərbaycan Tərcümə Mərkəzinin direktoru Praqaya səfər zamanı Frans Kafka muzeyində olub. Görüş zamanı Kafka yaradıcılığının Azərbaycan oxucusuna tanıdılması istiqamətində görülən işlərdən danışan A.Məsud məşhur yazıçının Təhcümə Mərkəzinin “Dünya ədəbiyyatının korifeyləri” seriyasından işıq üzü görən kitabını muzeyə hədiyyə edib.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 9.