Türkdilli
ölkələrin turizm üzrə işçi qrupunun
iclası
18-19 may tarixində Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) turizm üzrə işçi qrupunun 5-ci iclası keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri, özəl sektor və turizm şirkətləri assosiasiyalarının nümayəndələri və TDƏŞ-in baş katibliyinin iştirakı ilə keçirilən iclasda ölkələr arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi, həyata keçiriləcək birgə layihələr və tədbirlər, dövlət və özəl sektor arasında birgə fəaliyyətin təşviqi və s. məsələlər müzakirə olunub.
“Türk Şurası - Müasir İpək Yolu” beynəlxalq mədəni turizm marşrutunun təbliği məqsədilə informasiya broşürünün nəşr olunması, Türkiyənin TRT Avaz telekanalı tərəfindən reklam çarxının hazırlanması və birgə turizm məhsulunun inkişafı və təşviqi məqsədilə görüləcək digər işlər barədə razılaşmalar əldə edilib.
İclasın
razılaşdırılmış protokolu mayın 20-də
Bakıda keçiriləcək TDƏŞ-ə üzv
dövlətlərin turizm nazirlərinin 2-ci
görüşünə təqdim ediləcək və nazirlər
tərəfindən imzalanacaq.
Mədəniyyət.- 2015.- 20 may.-
S. 5.