“Azərbaycan mədəniyyətini
tanıyaq”
Tbilisidə mədəniyyət və incəsənət sərgisi
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mayın 15-dən 20-dək “Azərbaycan mədəniyyətini tanıyaq” adlı sərgi keçirilib. Sərgiyə gələnlər Azərbaycan mədəniyyətini və incəsənət nümunələrini əks etdirən rəsm əsərləri, xalçaçılıq, misgərlik nümunələri, musiqi alətləri ilə maraqla tanış olurlar.
Sərgiyə baş çəkən 500-dən çox ziyarətçi - mədəniyyət və incəsənət xadimləri, diplomatlar, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər milli geyimlərimizdə şəkillər çəkdirib, əl işləri, xalçaçılıq sənətinin sirləri ilə maraqlanıblar.
Muzeyin əməkdaşları onlara Azərbaycanın
tarixi, zəngin mədəni irsi, təbiəti, turizm
imkanları barədə ətraflı məlumatlar veriblər.
Sərgini ziyarət edənlər arasında
Gürcüstanın Mədəniyyət və Abidələrin
Mühafizəsi Nazirliyinin, Dünya Muzeylər Birliyinin,
Tbilisidəki muzeylərin nümayəndələri, Azərbaycanın,
ABŞ-ın və digər ölkələrin səfirliklərinin
əməkdaşları da olublar.. Sərgini ziyarət edənlər
arasında Gürcüstanın Mədəniyyət və Abidələrin
Mühafizəsi Nazirliyinin, Dünya Muzeylər Birliyinin,
Tbilisidəki muzeylərin nümayəndələri, Azərbaycanın,
ABŞ-ın və digər ölkələrin səfirliklərinin
əməkdaşları da olublar.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 16.