Tanınmış şair
Taleh Həmidlə görüş
Bakının Binəqədi rayonundakı 276 saylı məktəbdə tanınmış şair Taleh Həmidlə görüş keçirilib. Məktəbin direktoru Bəhram Şiriyev şairin yaradıcılıq yolundan söz açıb, onun bütün yaradıcılığı boyu sənətə, poeziyaya sadiq qalmasından bəhs edib.
Sonra söz şair Taleh Həmidə verilib. O, məktəbin kollektivini salamlayaraq şeirlərindən xeyli nümunələr səsləndirib, verilən sualları cavablandırıb. Görüşdə şairin yaradıcılığından bəhs edən sənədli filmdən fraqmentlər nümayiş etdirilib, şagirdlərin ifasında şeirləri səslənib. Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Fəridə Məmmədovanın şairin şeirləri əsasında hazırladığı kompozisiya isə musiqi və poeziyanın vəhdətini nümayiş etdirib.
Əməkdar artist, Milli Dram Teatrının
aktyoru Sabir Məmmədovun və aktrisa Şəhla
Əliqızının Taleh Həmid
yaradıcılığından söylədiyi şeirlər
görüş iştirakçılarının ürəyincə
olub. İrəvan Dövlət Azərbaycan Dram
Teatrının direktoru, Əməkdar mədəniyyət
işçisi İftixar Piriyevin, jurnalist-publisist Ələsgər
Qurbanlı və digərlərinin
çıxışları maraqla qarşılanıb.
Görüş Taleh Həmidin şeirlərinə bəstələnmiş
mahnıların sədası altında sona yetib.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 12.