“Keşikçidağ”
qoruğunda yürüş
Mədəniyyət və Turizm Nazirliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İlham Əliyev zirvəsi”nə yürüş təşkil olunub. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan yürüşə Ağstafa rayon Qıraq Kəsəmən kənd orta məktəbinin yuxarı sinif şagirdləri qatılıblar. Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının aparıcı elmi işçiləri Mansur Mansurov və İmaş Hacıyev də iştirak ediblər.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev yürüş iştirakçılarına ərazidəki tarixi məkanlar haqqında məlumat verib. Maraqlı faktlar şagirdlərdə zəngin təəssürat yaradıb.
Tədbir ulu öndər Heydər Əliyevin
anadan olmasının 92-ci ildönümünü əks etdirən
plakat və bayraqlarla “İlham Əliyev zirvəsi”nə
yürüşlə başa çatıb.
Mədəniyyət.- 2015.- 22 may.-
S. 11.