Mədəniyyət və turizm nazirinə təşəkkürnamə təqdim edilib

 

Xəbər verdiyimiz kimi, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 19-da ikinci Nazirlər Görüşü keçirilib. Dəyirmi masa formatında təşkil olunan tədbirdə "2015-ci ildən sonrakı dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf" mövzusunda müzakirələr aparılıb.

Tədbirdə ABŞ-dakı “Bruklin-Bakı" Dostluq Fondunun prezidenti xanım Marietta Yusim-Rozental tərəfindən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Bruklin şəhəri ilə Bakı arasında mədəni əlaqələrin inkişafına verdiyi dəstəyə görə şəhər merinin xüsusi təşəkkürnaməsi təqdim edilib.

Qeyd edək ki, Bruklin Nyu-Yorkun ən böyük rayonudur. Şəhərin qərb hissəsində Lonq-Aylend adasında yerləşən və təxminən 3 milyon nəfərin yaşadığı Bruklin faktiki olaraq ayrıca şəhər statusundadır. Bruklində azərbaycanlı və türk diasporu aktiv fəaliyyət göstərir, ölkəmizlə bağlı tədbirlər keçirilir. Mart ayında burada görkəmli müğənni Zeynəb Xanlarovanın konserti olmuşdu.

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 8.